Təlimçi Aytac Hüseynova: "İnsanları maarifləndirmək əsas iş prinsipimdir"

- Aytac xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən ixtisasca tarix və coğrafiya müəllimiyəm. Hal-hazırda isə təlimçi kimi fəaliyyət göstərirəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Üç il ərzində hazırlaşdırdığım müəllimlərin kifayət qədər yaxşı nəticələri olub. Bunu da öz işimin uğuru hesab edirəm. Bundan başqa, müəllimlərin işə qəbulu üzrə bir neçə kitabın müəllifiyəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İnsanları maarifləndirmək və onlara öz istədikləri istiqamətə yönəlməkdə köməklik göstərmək əsas iş prinsipimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox həm fərdi, həm də qrup təlimləri ilə bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə yox deyirsiniz?
- Haqsızlığa qəti surətdə yox deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- İşimdə məsuliyyətli olmağı sevirəm. Tələbkar insanam.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Hər zaman özlərinin maraq dairəsi olan istiqamətdə gələcək üçün bir plan qursunlar. Onda uğur əldə edə biləcəklər.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, nə zamansa müəyyən bir kütlə arasında tanına
və sevilə bilərəm. Buna görə də özümü şanslı hesab edirəm.
Əlaqə nömrəsi: (050) 449 96 48