18 yaşadək analar tərəfindən doğulan uşaqların ən çox olduğu rayonlar açıqlanıb
Respublikanın iqtisadi rayonları üzrə 2021-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayında ən yüksək göstərici 575 nəfər olmaqla Aran iqtisadi rayonunun payına düşür.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, daha sonra Gəncə-Qazax iqtisadi rayonu (351 nəfər), Lənkəran iqtisadi rayonu (210 nəfər) və Yuxarı Qarabağ iqtisadi rayonu (76 nəfər) bu ardıcıllığı davam etdirir.
Ötən illə müqayisədə Abşeron, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq-Şirvan iqtisad rayonlarında və Naxçıvan Muxtar Respublikasında azalmaya doğru müsbət tendensiya müşahidə olunur.
Qeyd edək ki, 2021-ci ildə 15-17 yaşlı (18 yaşadək) qadınlar tərəfindən doğulan uşaqların sayı 1650 olub. Həmçinin Bakı şəhərində 113, Abşeron iqtisadi rayonunda 27, Şəki-Zaqatala iqtisadi rayonunda 65, Quba-Xaçmaz iqtisadi rayonunda 53, Kəlbəcər-Laçın iqtisadi rayonunda 46, Dağlıq-Şirvan iqtisadi rayonunda 74, Naxçıvan Muxtar Respublikasında isə 18 yaşadək analar tərəfindən 53 uşaq doğulub.