Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Pyotr Çaykovskinin “Şelkunçik” baleti nümayiş etdirilib.
Tədbirdə BXA-nın rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Baletin quruluşçu xoreoqrafı, Azərbaycan Respublikasının əməkdar müəllimi, Prezidentin fərdi təqaüdçüsü, BXA-nın müəllim-xoreoqrafı Aqalıyay Pelumbdur. Akademiyanın təşkilatçılığı ilə təqdim olunan balet əsəri şagird və tələbə heyətinin maraqlı çıxışı, əsrarəngiz musiqi və zəngin dekorasiyalarla yadda qalıb.
Konsert proqramı böyük maraqla qarşılanıb.
















