Bu il 52 min nəfərə əlillik təyin edilib
Bu ilin 10 ayı ərzində 52 min nəfərə əlillik təyin edilib.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.
"Bunun 16700-ü ilkin əlillik, qalanı isə təkrar müraciət nəticəsində aparılan əlilliklərdir. Əlillik üçün müraciət edənlər arasında onkoloji xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edir", - Agentlik rəsmisi qeyd edib.