Pedaqoq Sevil Şirinova: "Dövlətə layiqli vətəndaş yetişdirməyə çalışıram"

Pedaqoq Sevil Şirinova: "Dövlətə layiqli vətəndaş yetişdirməyə çalışıram"
- Sevil xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim bu sahəyə gəlmək səbəbim mənim ibtidai sinif müəllimim olub. Mən hələ kiçik yaşlarımdan onun kimi danışır, onun kimi geyinirdim. Bütün dərs boyu etdiklərini yamsılayırdım. Həmişə düşünürdüm ki, mən də Minayə müəllimə kimi müəllim olmalıyam. Bu hisslər, bu sevgi məni bu sahəyə gətirdi.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq on beş ildir ki, bu sahədə çalışıram. İllər artdıqca müəllimlik peşəsinə sevgin artır və daha çox şagirdlərindən, valideynlərimdən motivasiya alıram. Bundan gözəl hiss ola bilməz.
- Öz sahənizə üzrə hansı işləri icra edirsiniz?
- Ən əsas layiqli vətəndaş yetişdirməyə çalışıram. Əsas devizim budur. Sonra isə onların təhsilli, ölkəmizi layiqincə təmsil edəcək şagirdlər olması üçün çalışıram. Həmçinin Gənc Xarici Dil Müəllimlər Birliyinin layihələr üzrə meneceriyəm. Çalışıram ki, gənc müəllimlərə dəstək olum. Onlar üçün layihələr, təlimlər və öyrədici seminarlar təşkil edim. Böyük qayıdış ilə bağlı tarixi coğrafiya müəllimlərinə ingilis-dili öyrədilir və bu işdə mənim də payım var. Mən onlara Listening dərsləri keçirəm və bu mənə böyük qürur verir. Vaxt tapdıqca bu sahə üzrə əlimdən gələni etməyə çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipimin əsasında təməli düzgün qoymaq durur. Şagirdlərə düzgün istiqamət vermək, onları elmə həvəsləndirmək, dili sevdirmək əsas prioritetimdir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar daha öncə vurğuladığım kimi layihələrin təşkil olunması ilə bağlı müraciətlər çox olur. Çünki biz müəllimlər daim üzərimizdə çalışırıq və inkişaf edirik.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq həm mülayim, həm sərt, həm mehriban, həm qayğıkeş, həm səmimi, həm anlayışlı biriyəm. Mənim xarakterim yaxşı olardı ki, mənim şagird və valideynlərimdən soruşasız. Çünki onlar məni düzgün xarakterizə edə bilərlər. Amma ən əsası qarşımdakı insanın anlamağa çalışıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç qız övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Oxuculara əzimli, səbrli olmağı, istədiklərinə nail olmaq üçün bezmədən, yorulmadan çalışmalarını, iş sahəsində ağır yükdən qorxub çəkilməməlirini və təmkinlə, iradə ilə mübarizə aparmaqlarını tövsiyyə edərdim. Mən həmkarlarıma bu çətin bir peşədə mübarizlik və səbr arzulayıram.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,..
- Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu qədər kütlə (şagirdlərim, valideynlərim, kollektivim) mən o bu qədər sevər, hörmət edər. Onların hər anlarında yanlarında olan birisi olaram.
Əlaqə nömrəsi: (077) 411 88 15