Psixoloq Nəzakət Quliyeva: "Boşananların sayı getdikcə artır"

- Nəzakət xanım necə oldu ki, psixoloq oldunuz?
- Mən ilk ali təhsilimi "İbtidai təlim pedaqogikası və metodikası" üzrə almışam.Ama valideynin isteyi nəticəsində aldıgım təhsil 14 il qüvvədə oldu. Sonra isə Azərbaycan Müəllimlər İnsitutu"nəzdində "Təhsildə sosial-psixoloji xidmət"ixtisasına yiyələnmişəm.İnsanların xarakteri və onları tanımaq maragı məni bu peşəyə bagladı.
Hal-hazırda Beyləqan şəhər 4 nömrəli tam orta məktəbində psixoloq kimi çalışıram.QHT- da da fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İşimi və peşəmi hədsiz sevirəm.İnsanlara peşemlə baglı olaraq xidmət etmək borcumdur.
- Son zamanlarda sizə daha çox hansı problemlərlə baglı müraciət edirlər?
- Müxtəlif müraciətlər olur, amma daha çox ailədə yaranan ,valideyn övlad arasında olan münaqişələr üstünlük təşkil edir.
- Son zamanlarda boşanmaların sayı da çoxalıb.Bunu nə ilə əlaqələndirmək olar?
- Bəli, hazırda boşananların sayı getdikcə artır.Bunun səbəbi çox ehtimal cütlüklər bir-birilərini anlamır və anlamaq istəyi olmadıgından qaynaqlanır. Sərbəst yaşamaq istəyi də mane olur.
- Xarakter olaraq necə biridi Nəzakət xanım?
- Mən iddalı və çevik biriyəm. Riskliyəm. Atdığım addımlar ugurlu olur.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Üç övladım var.
- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?
- Mən bir psixoloq olaraq bütün insanlara, ailələrə övladlarının sağlam həyat tərzi naminə narkomaniyaya qəti surətdə "yox" deyirəm.
- Bizdə olan məlumata görə elmi məqalələriniz var.
- Bəli, bir neçə elmi məqalə sahibiyəm.Hərdən kiçik şeirlər də yazmagı bacarıram. İşlərim davamıdır.
- Oxuculara nə məsləhət görürsünüz?
- Psixoloji saglamlıqların qorusunlar. Sağlıq varsa, həyat var. Çətin bir anda düşüncələrini düzgün istiqamətdə kökləsinlər. Özlərinə hörmət etsinlər.
Əlaqə nömrəsi: 051-537-05-88


