Həkim pediatr Rəna Tağıyeva: "Bu peşəni bu qədər çox sevəcəyim ağlıma gəlməzdi"

- Rəna xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən çalışqan və məsuliyyətli olmuşam. Hər bir sahədən anlayışım olub. Amma arzum həkimlik peşəsinə nail olmaq olub. Allahıma şükürlər olsun ki, ağ xalat geyinmək və xalqıma layiqincə xidmət etmək mənə nəsib olub.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq otuz ildir ki, həkim kimi fəaliyyət göstərirəm. Əsas pediatr həkim vəzifəsində çalışıram. Uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlığı mənim üçün çox önəmlidir. Kosmetologiya isə ikinci sevdiyim peşədir.
- Kosmetologiya üzrə hansı işləri icra edirsiniz?
- Cərrahi əməliyyatlardan basqa, demək olar ki, bütün prosedurları icra edirəm. Xanımlarımızın gözəlliklərinə gözəllik qatıram.
Problemlərini aradan qaldırıram. Bu işimdən də zövq alıram. Eyni zamanda yeniyetmələrin dərisində və saçlarında olan problemləri aradan götürurəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Əvvəllər kosmetologiya bir o qədər də inkişaf etməmişdi. Amma indi kosmetoloqlar müraciət edənlərin sayı çoxalıb. Lakin yaxşı olar ki, təbiiliyi qoruyub saxlayaq.
- İş prinsipiniz nədən ibarətdir?
- İstəyərəm ki, insanların səhhəti sağlam, özləri isə gözəl olsun. Mən ilk növbədə müraciət edən pasientlərdən anamniz toplayıram. Əsas iş prinspim budur.
- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?
- Xanımların vizual olaraq bir-birinə bənzəməsinə qəti surətdə "yox" deyirəm.
- Tələbələrimiz varmı?
- Bəli, tələbələrim çox olub. Onların hər biri indi müstəqil olaraq fəaliyyət göstərirlər.
- Bu sahədə görməkistədiyiniz, amma görə bilmədiyiniz məqamlar hansılardır?
- Mən çox istərdim ki, tibbi təhsili olmayan xanımlar bu sahəyə gəlməsinlər.
- Xarakter olaraq necə birisiniz?
- İnsanlarla xoş rəftar edən, mübahisələri sevməyən bir insanam.
- Ailəsinizmi?
- Bəli, ailəliyəm
- Oxuculara nə məsləhət görürsünüz?
- Birinci növbədə öz sağlamlıqlarını və sinir sistemlərini qorusunlar. Gözəllikləri sevsinlər. Hər bir anın qədrini bilsinlər.
- Mən bu işi səçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bütün çətinliklərə baxmayaraq, bu peşəni bu qədər çox sevərəm.
Əlaqə nömrəsi: (050) 645 29 67