Uzman cərrah mama ginekoloq Aytac Şahbalayeva: "Lazımsız dərman preparatlarının yazılmasının əleyhinəyəm"

- Aytac xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mənim atam ümumi cərrahdır, mən həmişə ona baxıb fəxr etmişəm. Uşaqlıqdan həmişə onun kimi yaxşı həkim, cərrah olmaq istəmişəm və əlimdən gələni etmişəm. Allahıma şükürlər olsun ki, zənnimcə, mən bu yolda xeyli irəliləmişəm və bundan sonra öz üzərimdə daha çox çalışacağam.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 12 ildir ki, mama ginekoloq olaraq fəaliyyət göstərirəm. Beş il Mama Ginekologiya Elmi Tədqiqat institunda işləmişəm. Səkkiz ay "Marmara universitesi eğitim araşdırma hastanesi"ndə təcrübə keçmişəm. 2018-ci ildə "İstanbul universitesi, Cərrahpaşa tıp fakültesi hastanesi"ni uzman mama ginekoloq olaraq bitirmişəm.
- Öz sahənizə üzrə hansı işləri icra edirsiniz?
- Bütün açıq və qapalı ginekoloji əməliyyatlar, vaginal yoldan edilən bütün növ əməliyyatlar, sidik qaçırma əməliyyatları, riskli hamiləliklər, hamilə qala bilməyən xanımlara müalicə, aşılama müalicəsi, süni mayalanma, doğum, qeysəriyyə, genital estetik əməliyyətları, lazer işləmləri və s. icra edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox hamilə qala bilməyən xanımlar müraciət edir və şükür ki, bizdən razı qalırlar.
- Bir mütəxəssis olaraq neye "yox" deyirsiniz?
- Yalan dolan işlərə, xüsüsilə, tibbi əsası olmayan insanlardan sadəcə pul qopartmaq məqsədi güdən cinsiyyət hesablama işlərinə, bir çox lazımsız dərman preparatlarının yazılmasına qəti surətdə "yox" deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Hər bir insanın yaxşı və pis dediyimiz xüsusiyyətləri vardır. Təbii ki, mən də yaxşı xüsusiyyətlərimi deyəcəyəm (gülür). Sakittəbiətli biriyəm. Öz işlərimlə məşğul olmağı sevirəm. Yerimdə saymağı xoşlamıram. Həmişə özümu inkifaş etdirməyi və hər zaman irəli gətməyi düşünürəm.
- Ailəlisinimiz?
- Bəli, ailəliyəm. Bir oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Daim öz üzərlərində işləsinlər, komfortlarından bir az imtina edib özlərini inkişaf etdirmək üçün cəhd etsinler.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, mən Türkiyənin ən öndə gedən xəstəxanalarından biri olan və dünyada öz sözünü demiş Cərrahpaşa xəstəxanasından uzmanlıq alacağam.
Əlaqə nömrəsi: (050) 212 77 04