İbtidai sinif müəlimi Ayşən Əhmədova: "İş prinsipimin əsasını sevgi ilə əylənərək öyrənmək təşkil edir"


- Ayşən xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Uşaqlıqdan bəri öyrətməyi çox sevirdim. Şagird olarkən belə qonum-qonşunun uşaqlarına dərslərində kömək edib, çətin məqamları izah edirdim. Və bu öyrətmə həvəsi bu gün mənim müəllim olmağıma bariz səbəblərdəndir.
- Artiq neçə ildir ki, bu sahədə çalışırsınız?
- Artıq 5 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Öz sahəm üzrə daim yenilikləri öyrənir, tədris yönümlü İKT alətlərini dərslərimizdə tətbiq etməyə çalışır, səhəm üzrə seminar, təlim, layihələrdə iştirak edirəm. Son olaraq isə 2-ci siniflər üçün oxuyub-anlama vəsaiti nəşr etdirmişəm.
- İş prinsipiniz nədən ibarətdir?
- İş prinsipimin əsasını sevgi ilə əylənərək öyrənmək təşkil edir.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox "Sənin xəzinən vəsaitinizi necə əldə etmək olar?" sualı ilə müraciət olunur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Müəllimlərin proqramdan kənar mövzularla uşaqları həddən artıq yüklənilməsinə, bütün qəlbimlə "YOX" deyirəm. Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq necə birisiniz?
- Prinsipial, əzmli, anlayışlı, həssas biriyəm.
- Ailəlisinizmi?
-Xeyr, subayam
- Oxuculara nə məsləhət görürsünüz?
- Kimliyindən asılı olmayaraq hər bir vətəndaş öz ayaqları üzərində durmaq üçün əlindən gələni etsin, öz məqsədləri olsun, o məqsədə uyğun olaraq bezmadan, yorulmadan irəliyə doğru addımlamağı bacarsınlar.
- Mən bu işi seçərken ağlıma gəlməzdi ki... Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu təkcə bir peşə deyil, həyatın özüdür. Qarşımda duran təkcə tədris materialı öyrədəcəyim şagirdlər deyil, bir kalmamla hayatına toxuna biləcəyim şəxsiyyət, həyatımın bir parçası, mənim yaşam tarzim olacaq.
Əlaqə nömrəsi: (051) 579 59 38