Pedaqoq Fatimə Rüstəmova: "Tələbələrimin uğuru mənə stimul verir"

Fatimə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Müəllimlik sənəti və ingilis dili həmişə maraqlı gəlib mənə. Həmişə də Azərbaycan Dillər Universitetində təhsil almaq istəyirdim. Xoşbəxtəm ki, bu arzuma da ADU-da bakalavr və magistratura təhsili alaraq çatmışam.
- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız və hal-hazırda harada işləyirsiniz?
- Magistraturanın birinci kursunda oxuyarkən qərara gəlmişdim ki, evdə uşaq hazırlaşdırım. Müxtəlif təkliflər olsa da, o vaxtdan heç bir yerdə işləməmişəm. Artıq iki il yarımdır ki, bu sahədə çalışıram və bu iki il yarım ərzində 100-ə yaxın müxtəlif yaş qruplarında şagirdlərim olub.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Öncəliklə ingilis dili müəllimi olaraq dərslərimdə müasir metodlardan istifadə edir və şagirdlərimə ingilis dilini sevdirməyə çalışıram. Buna görə də dərslərimiz çox əyləncəli keçir. Şagirdlərimin bəzilərini beynəlxalq səviyyəli "Cambridge" imtahanlarına göndərirəm. Bu günə kimi həmin imtahanlarda uğur qazanıblar.
Hər il @english4kids_fatima yeni yaşını tələbələrimlə qeyd edirik. Tədbirimiz hər zaman bir-birindən maraqlı və əyləncəli keçir. Şagirdlərimlə ingilis dilində mahnılar və rəqslər hazırlayırıq.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- 3 yaşından başlayaraq məktəbəqədər, ibtidai sinif, 5 - 11 sinif üzrə müraciətlərim daha çox olur. Lakin ümumi ingilis dili (General English) üzrə də müraciətlər az deyil.
- Bir mütəxəssis olaraq neye "yox", deyirsiniz?
- Valideynlərin uşaqların özgüvənini zədələmələrinə, digər uşaqlarla müqayisə etmələrinə "yox" deyirəm. Onlara ayrı-ayrılıqda bir fərd kimi yanaşmaq, motivasiya vermək və həmişə dəstək olmaq lazımdır.
- Xarakter olaraq necə birisiniz?
- Daim yeniliklər axtaran, öz üzərində çalışan, qərarlarının arxasında duran və əzmkar biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bir insanın istəyib edə bilməyəcəyi heç bir şey yoxdur. Yetər ki, istəyin. Bir gün mütləq bacaracaqsınız.
- Mən bu işi seçərkən ağlıma gelmezdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, tələbələrimin uğuru məni öz uğurum kimi sevindirəcək və mənə stimul verəcək.
Əlaqə nömrəsi: (055) 588 73 37