Psixoloq, yaşam koçu Emin Əmirzadə: "Xəyanət mövzusu həmişə aktual olub"

- Emin bəy, necə oldu ki, bu sahəyə gəldiniz?
- Psixologiya sahəsinə uzun illərdi ki, böyük marağım var, həmişə bu yöndə mütaliə etmişəm, insanın keçirdiyi duyğuları, davranışları öyrənməyim məni psixologiya sahəsinə gətirdi.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Hardasa 9 il olar ki, insan psixikası, psixologiya üzrə araşdırmalar edirəm, ölkə psixoloqlarının və tanınmış türk psixoloqların seminarlarında da iştrak edirəm, ancaq daha peşəkar şəkildə 1 ilə yaxın müddətdir.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Hazırda nəzəri bilikləri inkişaf etdirməyə, təlimlərdə iştrak etməyə çalışıram, bəzən də seanslar.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox insan münasibətləri, ilişkilərlə bağlı və həmişə aktual olan xəyanətlə bağlı.
Bilirsiz, xəyanət mövzusu həmişə aktualdı ona görə, bu sahədə daha çox maarifləndirmə lazımdır deyə düşünürəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Daha çox istəmədiyim şeylərə çalışıram yox deyim. Məlumdur ki, bəzən biz psixoloqlarda da yox demək çətin olur, amma zamanla bunun üzərində işləməyə gərək var.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq sakittəbiətli olduğumu düşünürəm. Realist, eyni zamanda gələcəyə ümidlə baxan biriyəm.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz
- Oxuculara əsas onu məsləhət görərdim ki, həyatı dolu yaşamağa çalışsınlar, mütaliə, musiqi, yürüş həyata rəng qatır, özlərinə zaman ayırsınlar, həmişə zehinsəl yox lazımi anlarda içsəl davransınlar. Ən əsası, həyatı sevsinlər, dünyada milyonlarla insan var olub ancaq yaşayıbmı…!?
- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Bu sahəni seçərkən əslində hər bir tərəfin düşünmüşdün, ancaq təəccübümə bəzən o səbəb olur ki, çox vaxt insanlar öz sıxıntıların nəinki psixoloqa, hətta yaxınlarıyla da bölüşmürlər bu da bəzən daha acı nəticələrə səbəb olur.
Əlaqə nömrəsi: (077) 595 86 82
Whatsapp: (055) 377 41 40