Psixoloq Gülnarə Məmmədova övladlararası sevgisizlikdən danışdı

Övladlararası sevgisizliyin əsas səbəbləri
Ən əsas ehtiyacımız olan sevginin bir çox bacarıq və ehtiyaclarımızın ödənildiyi və öyrənildiyi ilkin yer kimi ailədə bu öyrənmə və ödənmə prosesində hər hansısa problem olduqda şəxslərdə müxtəlik tələbat eksiklikləri özünü göstərir. Bu problemlərdən ən çox qarşılaşdığım sevgi yoxsulluğudur. Bəzən o qədərdə əhəmiyyət verilməsədə valideyn sevgisi qədər bacı qardaş sevgisidə şəxsin inkişafına təsir göstərir. İlkin məktəb yaş mərhələsində şəxsə daha çox təsir etməyə başlayan bu səhvlərin əsaa yaradıcısı olan valideyinlər bu səhvləri aradan qaldırmadıqda gələcəkdə ciddi münasibət problemlərinə gətirib çıxardır. Hər bir insanın sevgi və qayğıya, diqqətə ehtiyacı eyni olmadığı kimi övladlarınızda da, bu fərqliliyi nəzərə almadıqda onlar arasında qısqanclığa düzgün olmayan rəqabətə və bunun gətirdiyi sevgisizliyə gətirib çıxara bilərsiniz.
Eyni zamanda oğlan uşaqlarını (nəslin davamçısı kimi) qız uşaqlarından ayırdıqda yaxud eynisiylə qız uşaqlarını oğlanlarından patoloji düzgün olmayan təməlli ayırdıqda yəni övladlararası ayrıseçkilik yaratdıqda bu sonradan onlar arasında sevgisizliyə gətirib çıxarır.
Ailəyə yeni övladın daxil olması ilə öncəki uşağa qarşı kifayət qədər diqqət göstərilmədikdədə bu hadisə ilə qarşılaşılır. Eyni zamanda övlardan birinə həddindən artıq kompromisə gedildikdə, səhvlərini görmədikdə kiçik düzgün davranışlarını həddindən artıq şişirtdikdə də bu hadisə yaşana bilir. Eyni zamanda bizim cəmiyyətdə qız oğlan cinsiyyətinə xas ayrım olur. Məsələn, oğlan övlada maşın alınır lakim qız övlad özü oxumalı işləməli almalıdır yada yoldaşı alar, oğlan övladıdırsa gedib xarici ölkədə təhsil ala bilər amma bu qız övladına şamil deyil, oğlandısa sevgilisi ola bilər amma qız uşağı kim elçi gəlsə onun sadəcə fikri soruşularaq evləndirilər bəlkədə soruşulmaz və s. kimi hadisələr digər həsas bacı yaxud qardaşda fərqli duyğular yarada bilərki sonu heçdə yaxşı yerə gedib çıxmaz. Təbii, bu dediklərimi bütün ailələrə şamil etmirəm amma inanın var belə ailələr. Cəmiyətimizdə xüsusi ilə oğlan uşaqlarına qarşı. İnsan birini sırf qardaşıdır bacısıdır, eyni qanı daşayır deyə mütləq sevməlidir deyə bir şey yoxdur amma nə gözəl olarki sevsələr. Əgər bir ailədə övladlararası soyuqluq və sevgisizlik varsa bunun günahkarı çox təəssüf ki, valideynlərdi. Əgər övladlarınızın sözün əsl mənasında bacı və qardaş olmasını istəyirsinizsə mütləq bu yazdığım məqamlara diqqət etməyə çalışın.
Əlaqə nömrəsi: (070) 251 43 41