Pedaqoq Esmira Hüsəynova: "Hər kəsdən öyrəndim, amma heç kimə bənzəmədim"

- Esmira xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən bağçaya da, orta məktəbə də Rusiyada getmişəm. Ailə qurduqdan sonra Azərbaycana gəldim. Uşaqlarla işləməyi çox sevdiyimə görə bu sahəyə gəldim. Əslində on birinci sinifinə bitirəndən sonra qərara gəlmişdim ki, müəllim olacağam. Rusiyada on birinci sinifi bitirib universitetə qəbul olurlar. O müddətdə mən universitetdə oxuya-oxuya qohumum olan bir qızı hazırlaşdırırdım. Beləliklə, bu iş mənim çox xoşuma gəldi və kitablar oxuyaraq özümü bu sahədə təkmilləşdirdim. Deyə bilərəm ki, uşaqlarla fərqli yöntəmlərlə işləyərək onların sevgisini qazanmışam. Bu da məni çox sevindirir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- On iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- İş prinsipiniz nədən ibarətdir?
- Əslində hər zaman yenilik axtarışında olmuşam. İndi repetitorlar və müəllimlər çoxdur. Amma mən özümü fərqli görürəm. Çünki həmişə fərqli yöntəmlərlə işləmişəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Valideynlər daha çox mənim metodikamla maraqlanırlar. Mən hər zaman ilk növbədə usağın özü ilə danışıram. Onun özgüvənini yoxlayıram. Sonra isə onlara o metodikamı tətbiq edirəm. Ümumiyyətlə, hər uşağa individual yanaşıram.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Savadsızlığa "yox" deyirəm. Çünki savadlı insanların sayı Azərbaycanda azalıb. Savadsızlıqdan da başqa, bəzi valideynlər özləri rus dilini bilmədikləri təqdirdə uşaqlarını məcburi rus bölməsinə yazdırırlar. Bu da uşağın psixologiyasına və təhsilinə müəyyən mənada pis təsir edir.
- Xarakter olaraq necə birisiniz?
- Əslində çox mülayim biriyəm. Yanıma hazırlığa gələn uşaqlarla söhbət edib onların simasında təbəssüm yaratmağa, onların yorğunluğunu çıxartmağa çalışıram. Sonra isə dərsə başlayıram.
- Ailəlisinimiz?
- Bəli, ailəliyəm. İki övladım var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Dostayevski deyirdi ki, əgər bütün dünyaya qalib gəlmək istəyirsənsə, birinci özündən başla. İnsan həyatda özünə bir hədəf seçib o hədəfə doğru getməlidir.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bir zamanlar müəllimlərindən öyrəndiklərim təcrübələri indi tələblərimlə bölüşərəm.
Əlaqə nömrəsi: (070) 294 89 99