Bu ilin 9 ayında 117 üçəm, 8 dördəm doğulub
Cari ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 93 612 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1-dən 12,4-ə qədər artıb.
Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olub.
Körpələrdən 2630-u əkiz, 117-si üçəm, 8-i isə dördəm doğulub.