Gəncədə 4 aylıq və 2 yaşlı körpələr küçəyə atıldı - RƏSMİ AÇIQLAMA

Gəncədə iki azyaşlının küçəyə atıldığı bildirilir.
Məsələyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən münasibət bildirilib.
"21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq - 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun bacısı - 4 aylıq Cəlilova Mələk Həsən qızı gətirilib.
Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir", - qurumdan qeyd edilib.