DYP-dən piyadalara ÇAĞIRIŞ

Daxili İşlər Nazliyinin Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.
İdarədən bildirilib ki, yol qəzaları, o cümlədən, piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələri təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə maddi və mənəvi itkilər hesabına başa gəlir.
Qeyd edilib ki, bu gün hərəkət iştirakçıları arasında yol qəzalarında ən çox zərər çəkən yenə də piyadalardır:
"Belə ki, cari ilin 7 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 37,3 faizi deməkdir.