Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin ADI - SİYAHI

Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin adları məlum olub.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
Siyahını təqdim edirik:
İbrahimov Vəliyyəddin Səhləb oğlu
Abdullayev Nurəli Hacıbaba oğlu
Qurbanov Nofəl Nəriman oğlu
Rüstəmov Araz Bağır oğlu
Abbasov Məhərrəm Abbas oğlu
Niftəliyev Adil Kamal oğlu
Qarayev Qafar Qənbər oğlu
Hüseynov Əli Heydər oğlu
Hüseynov Gülverdi Ağahüseyn oğlu
Mikayılov Baba Balakişi oğlu
İsayeva Sənəm Həsən qızı
Əzizov Yusif İsmayıl oğlu
Musayev Mehman Kamal oğlu
Allahverdiyev Şəmsəddin Əvəz oğlu
Məmmədov Əsəd Məmməd oğlu.
Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.
Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.
İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.