Yanvar-fevral ayları ərzində Azərbaycanda 19 mindən çox körpə doğulub

Bu ilin ilk iki ayı ərzində Azərbaycanda 19 min 158 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 12,6-dan 11,7-yə enib.
Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildiriilr ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.
Körpələrin 610-u əkiz, 45-i isə üçəm doğulanlardır.
Yanvar-fevral ayları ərzində ölkədə 11 min 191 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq ayı ilə müqayisədə 7,7-dən 6,8-ə qədər azalıb.