Azərbaycanda ölüm səviyyəsi azalıb
Bu ilin 8 ayı ərzində Azərbaycanda ölüm hallarının sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə 41758 ölüm halı qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,3-dən 6,2-yə düşüb.
Ölkə əhalisinin sayı ilin əvvəlindən 42274 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.