Bu il əlilliyi olan şəxslərə 43 mindən çox reabilitasiya vasitəsi verilib
Bu ilin 9 ayında 10 minə yaxın əlilliyi olan şəxsə 43 mindən çox reabilitasiya vasitəsi verilib.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, Keyfiyyətə Nəzarət və Xidmətin Təşkili Departamentinin müdir müavini Zərifə Kamilova "Sosial saat"da deyib.