Azərbaycanda yeni rəqəmsal TV xidməti təqdim edilib

“Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC yeni rəqəmsal TV xidmətini təqdim edib.
İndi “Aztelekom” və “Baktelecom”un fiber-optik internet xidməti (GPON-Gigabit Passive Optical Networks) üzərindən təmin olunan yeni TV xidməti – Tvin TV-ni əldə edən abunəçi ümumi 247 TV kanalından 57-ni HD yayım keyfiyyətində izləmək imkanı əldə edəcək. Tvin TV-nin heç bir yaddaş kartı olmadan verilişlərin 7 günlük arxivini izləmək və “YouTube”, “Netflix” kimi tətbiqlərdən istifadə etmək kimi üstünlükləri var.
Qeyd edək ki, Tvin TV həm adi TV, həm də Smart TV funksiyalarına malikdir.
“Aztelekom” Tvin TV-ni əldə etmək istəyən abunəçilərinə 3-ü 1-də paketini 27 AZN-ə, “Baktelecom” isə 29 AZN-ə təqdim edir. Bu paketə telefoniya, 30 mbit/s GPON texnologiyalı internet və TV xidmətləri daxildir.
4K keyfiyyəti özündə ehtiva edən xidmətin digər üstünlükləri aşağıdakı kimidir:
Rahatlıq:
• 24/7 dəstək
• valideyn nəzarəti funksionallığı
• asan istifadə
• kabellərə və antenlərə ehtiyac yoxdur
Sərfəli:
• 12 aylıq güzəştli şərtlərlə pulsuz cihaz və qoşulma
• Smart TV-yə xərclənən vəsaitə qənaət
• 3 xidmət birlikdə daha əlçatan
Məlumat üçün bildirək ki, rəqəmsal TV xidmətinə yalnız“Aztelekom” və “Baktelecom”un GPON xidməti olan ünvanlardakı abunəçilər qoşula bilərlər.
Bu paket daxilində 30 mbit/s internet təklif edilsə də, abunəçilər seçim əsasında daha yüksəksürətli fiber-optik internet xidmətləri də əldə edə bilərlər. Bu və ya digər xidmətlərə qoşulmaq üçün https://tvintv.az/ saytı vasitəsilə, “TV” sözünü sms ilə 6789 qısa nömrəsinə göndərməklə və ya regional filialların ərazi üzrə xidmət göstərən şöbəsinə(Aztelekom abunəçiləri), Rabitə Xidmətləri Mərkəzlərinə (Baktelecom abunəçiləri) müraciət etmək olar.