Ədliyyə Nazirliyi: Nikahların sayı 10 faiz artıb

2022-ci il ərzində qeydiyyat orqanlarında 62 minə yaxın nikah dövlət qeydiyyatına alınıb.
Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, nikahların sayı 2021-ci ilə nisbətdə 10 faiz artıb.