Gözdən əlilliyi olanlara verilən Prezident təqaüdünün aylıq məbləği 300 manat olub

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 300 (üç yüz) manat müəyyən edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Qeyd edək ki, bundan əvvəl ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü aylıq məbləği 210 manat müəyyən olunmuşdu.