Beynəlxalq təlimçi Aynurə Hüseynli: "Sözlərin həyatımızda xüsusi enerjisi var"
Necə deyərlər, niyyətin hara, mənzilin də ora.
Niyyət etmək, hər şeyin başlanğıcıdır. Ona görə də, niyyət edərkən, sözləri düzgün seçmək önəmlidir.
Bir çox elm adamları, düşünür ki, sözləri deyərkən, neqativ sözlər və ya istəmədiklərimizi seçdikdə, beynimiz onlara yönəlir.
Misal: "xəstə olmaq istəmirəm" dedikdə, sanki inada xəstə olursunuz və ya qorxduqlarımızın başına gəlməsi, uşaqlara "etmə" dedikcə, daha çox etmələri kimi bir çox misallar var.
Komputer də belədir əslində. Axtarışa: uğursuzluğun sirrləri yazsaz, öncə uğursuzluq haqqında bilgi gəlir.
Buna görə də, niyyət edərkən, söz danışarkən sözlərimizə mümkün qədər diqqət etməyimiz daha gözəl nəticələr verə bilir.
Yaradan təbii ki içimizi bilir, ancaq, namazda belə niyyətlərimizi dilə gətiririk, bu Yaradanın içimizi bilməməsi deyil, iradə gücümüzdür, söz haqqımızdır.
"Allahdan səbr istəsəz, səbr ediləcək şeylər verir. Bunun yerinə xoşbəxtlik istəyin"- səbr etmək üçün, səbr olunacaq şeylər olmalıdır. Ancaq bunun yerinə xoşbəxtlik, rifah desək, beynimiz birbaşa xoşbəxtliyə yönələcək.
Ən effektli yöntələrdən biri, gecə yatmazdan öncə, sabahın planını düşünməkdir. Belə olduqda, beyin tam olaraq nə edəcəyinə fokuslanır və növbəti gün plana hazır olur.
Çünki net, dəqiq planı olur. Nə etməyəcəyinə yox, nə edəcəyinə yönəlir.
Sözlərinizin dəqiq, aydın, xoş (pozitiv) və təsdiqdə olmasına diqqət edin.
Sevgi ilə qalın...
Əlaqə nömrəsi: (050) 472 39 09