Yeniyetmələrdə narkotikə maraq hardan yaranır?
Ailə insanın həyatında və inkişafında çox vacib rol oynayır.
Ümumilikdə, ailə münasibətləri düzgün olmayan gənclər arasında narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq daha çox müşahidə olunur.
Bəziləri bu zərərli maddələrdən istifadəni hər hansı bir problemini unutmaq, bəziləri isə sadəcə həzz almaq istəyir. Başqa bir qrup insanlar isə evdə yaşca böyüklərdə görür və bunu təkrarlayır.
Necə olur ki, insanlar asılı vəziyyətə düşürlər❓ - Keçirilmiş hər hansı bir stressdən, həyəcandan, yorğunluqdan sonra insanın müsbət əhval yaradan hallara ehtiyacı olur. Orqanizmə daxil olan spirtli içkilər və narkotik maddələr bu daxili həzz hormonlarının azad olmasına səbəb olur. Narkotik vasitələrin bəziləri öz quruluşu etibarilə orqanizmdə əmələ gələn endorfinlərə bənzəyir və daxili "həzz hormonlarına" ehtiyac qalmır. Onları yaradan mexanizm zəifləyir, sıradan çıxır.
Ailəsində yeniyetmə övladı olan valideynlər xsusən ayıq sayıq olmalıdırlar. Ovladları nə ilə məşgul oldugu, kimlərlə dostluq etdiyinə fikir veməli və nəzarətdə saxlamalıdırlar.
Unutma!
Narkotik və alkoqol kimi zərərli asılılığı aradan qaldırmaq çətin olsa da bu, mümkündür!
Zərərli vərdişlərə meyillənmək problemdən çıxış yolu deyil.
Ruhiyyə Rüstəmova Ailə və Uşaq psixoloqu. Məşhur və ən yeni metod olan Кросс-Коучинг (Cross-Coaching) - çətin tərbiyyə olunan yeniyetmələr və onların valideynləri ilə iş metodunun ilk təlimçisi.
(+994) 70-204-02-07