Bu il Azərbaycanda 39 qətl törədilib
Bu ilin 2 ay 15 günü ərzində 39 qəsdən adam öldürmə cinayəti baş verib.
Bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.
O bildirib ki, bu cinayətlərin hamısının üstü açılıb.