Sabahdan məktəbəhazırlıq qruplarında qış tətili başlayır
Sabahdan ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında qış tətili günləri başlayacaq.
Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarının 2.2.1, 2.2.2 və 2.5.2-ci bəndlərinə əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 27-31 yanvar tarixlərində qış tətili günləridir.