Ötən ilin on bir ayı ərzində Azərbaycanda 101 mindən çox körpə doğulub
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 101 min 775 körpə doğulub. Həmin göstərici əhalinin hər 1000 nəfərinə 11,1 təşkil edib. Doğulan körpələrdən 2628 nəfəri əkiz, 75 nəfəri üçəm, 8 nəfəri isə dördəm olub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin on bir ayında ölkə üzrə 69 min 761 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,6 təşkil edib.