Bakıda güclü külək əsəcək
Bakıda güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilir.
Məlumata görə, iyulun 14-ü axşamdan 15-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 10-15 m/s, arabir 18-20 m/s-dək güclənəcəyi gözlənilir.