İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir
İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami iyunun 8-9-da Azərbaycanda səfərdə olacaq.
Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildiriblər.
İranlı nazir yüksək səviyyəli heyətin müşayiəti ilə Naxçıvanda, sonra isə Bakıda görüşərək danışıqlar aparacaq.