NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqu keçirilir
Hazırda NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (DNMK) enerji təhlükəsizliyi dialoqu keçirilir.
Bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə Tvitterdə bildirib.
O qeyd edib ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov dialoqda iştirak etmək məqsədilə hazırda NATO-nun Baş Qərargahındadır.
Əlavə edib ki, Elnur Soltanov DNMK formatı çərçivəsində müttəfiqlərlə, həmçinin NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina, eləcə də NATO-nun Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Maykl Rüle ilə görüşəcək.