Sülh danışıqları yekunlaşır - Görüşdə Blinken də iştirak edəcək
Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün ABŞ-da danışıqların yekun mərhələsini keçirəcək.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilir ki, görüş dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutacaq. Danışıqların əsas mövzusu sülh sazişidir.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.