Baş nazir Gürcüstanda səfərdədir
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisidə rəsmi səfərdədir.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşü nəzərdə tutulub.
Ə.Əsədov, həmçinin iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası birgə komissiyanın IX iclasında iştirak edəcək.