Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi
ABŞ Prezidenti Co Bayden bu il də “erməni soyqırımı” ifadəsindən istifadə edib.
Ağ Evin rəsmi saytında Baydenin adından dərc edilmiş müraciətdə deyilir:
“Bu gün biz “erməni soyqırımı” zamanı həyatını itirmiş insanların xatirəsini anır və “heç vaxt unutmayacağıq” sözümüzü yenidən təkrarlayırıq. Biz bu faciəyə yas tuturuq. Bu, bizim təntənəli andımız olaraq qalır. Bu gün və hər gün Birləşmiş Ştatlar insan haqlarını müdafiə etməyə və dözümsüzlüyə qarşı çıxış etməyə davam edəcək”.
Xatırladaq ki, ABŞ prezidentləri içərisində “erməni soyqırımı” ifadəsini ilk dəfə Co Bayden işlədib.(“Qafqazinfo”)