Prezident İlham Əliyev Ruanda ilə imzalanmış sazişi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında imzalanmış sazişi təsdiqləyib.
Sənədə əsasən, 2023-cü il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.