Bu il Azərbaycana 200-ə yaxın şəxs qaytarıldı

Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2023-cü il ərzində 193 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, onlar əsasən Almaniya, İsveç, Avstriya və digər ölkələrdən geri qəbul edilmiş şəxslərdir.