Ceyhun Bayramov İƏT-in Şuşada keçirilən iclasında iştirak edəcək
Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının XİN Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilibh ki, tədbirdə xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.
C.Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanatla çıxış etməsi nəzərdə tutulur.











