Şuşada keçiriləcək qlobal forumun iştirakçıları Füzuliyə gəliblər
Azərbaycan Medianın İnkişafı Agentliyinin təşkil etdiyi “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumunda iştirak edəcək nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Forumda iştirak edəcək nümayəndə heyəti ümumilikdə 50 ölkədən 120 media subyekti, 250-dən çox qonaqdan ibarətdir.
Forum iştirakçıları daha sonra Şuşa şəhərinə gedəcəklər.











