Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın adından Albaniya Prezidenti və xanımının şərəfinə rəsmi lanç verilib

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın adından Albaniya Respublikasının Prezidenti Bayram Beqayın və birinci xanım Armanda Beqayın şərəfinə rəsmi lanç verilib.