Milli Məclis Azərbaycanla Türkiyə arasında daha bir sənəd təsdiq edib

Azərbaycanla Türkiyə arasında daha bir sənəd təsdiq edilib.
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.