“BakuBus”ın Müşahidə Şurasının tərkibində dəyişiklik edildi

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində “Elnur Əliyev – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini” əvəzinə “Rəhman Hümmətov – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” əlavə olunub.