Hindistan xarici işlər nazirinin müavini Azərbaycana gəlir

Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Sanjay Verma Azərbaycana gəlir.
Hindistanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.
Qeyd edək ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək.