Milli Məclis Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanat qəbul edib

Bu gün Milli Məclisin Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib.
İclasda deputatlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri haqqında geniş çıxışlar ediblər.
İclasın sonunda Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bəyanatı qəbul edilib.
Bəyanatda Heydər Əliyevin Azərbaycanda xilaskarlıq missiyası haqqında qeyd edilib.
Bildirilib ki, Heydər Əliyevin hər iki dəfə Azərbaycanda hakimiyyətə gəlişi ölkəmizin və xalqımızın həyatında çox ağır sınaqlara təsadüf edib. "Hər dəfə Heydər Əliyev xalqın ona inamını layiqincə doğruldub.
Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu", - bəyanatda qeyd edilir.