Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsvermə prosesi bu gün sona çatır

Xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident seçkilərinin ikinci turu üçün xarici nümayəndəliklərdə səsvermə prosesi bu gün yerli vaxtla saat 23.00-da bitəcək.
adekvat.az TurkicWorld-a istinadən xəbər verir ki, gömrüklərdə səsvermə prosesi isə 28 may saat 18.00-a qədər davam edəcək.
Məlumata əsasən, xaricdə yaşayan 1 milyon 763 min 973 nəfər türk vətəndaşı xarici nümayəndəlik və gömrüklərdə prezident seçkilərinin ikinci turu üçün səs verib.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.