Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

Mayın 19-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək, həmçinin Bakı ilə İrəvan arasında ayrıca danışıqlar aparılacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova məlumat verib.