Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək
Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutacaq.
Görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderlərinin son görüşü 2022-ci ilin oktyabrında Praqada Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutmuşdu.











