Azərbaycan və İsrail XİN rəhbərlərinin görüşü başlayıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İsrail xarici işlər naziri Eli Kohen arasında görüş başlayıb.
Bu barədə nazirliyin tivtter hesabında qeyd edilib.
“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında 2023-2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq Proqramı”nın imzalanma mərasimi keçirilir