ATƏT sədri Azərbaycana səfər edəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycana səfər edəcək.
Bu barədə ATƏT sədrinin mətbuat xidməti məlumat verib.
Qeyd edilib ki, B.Osmani hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirmək üçün aprelin 10-13-də Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
Səfər çərçivəsində əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.











