Azərbaycanın və Fələstinin XİN rəhbərlərinin Ramallada görüşü keçirilib
Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşü keçirilib.
Bu barədə Fələstin Xarici İşlər Nazirliyinin tvitter səhifəsində paylaşım edilib.
Görüşdən sonra hər iki nazirin mətbuata bəyanatlarla çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.