Ərdoğan prezident seçkiləri ilə bağlı qərar imzaladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb.
Qərara əsasən, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.
R.T.Ərdoğan bildirib ki, sabahdan etibarən seçki mərhələsi başlayacaq.











